Şənbə, 29 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan məktəblisi dərsliklərə möhtac qalıb, onlara dərsliklər verilmir - Ekspert  

Bu gün Elm və Təhsil Nazirliyinin gördüyü işlər açıq bildirim ki, yalnız bir neçə məktəbdə özünü doğrulda bilir...

“Bu gün çox təəssüflər olsun ki, Azərbaycan təhsilində kifayət qədər çatışmazlıqlar var”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

Ekspert vurğulayıb ki, bu çatışmazlıqların fövqündə də müəyyən şəxslər tərəfindən yalnız dövlət büdcəsinin təhsil adı altında talanmasının şahidi oluruq:

“Bu gün Azərbaycan məktəblisi dərsliklərə möhtac qalıb, onlara dərsliklər verilmir. Eyni zamanda, hər il minlərlə pedaqoji təhsil alıb, amma əmək fəaliyyətinə başlaya bilməyən 50 min nəfərə yaxın müəllim ordusu ilə üz-üzə qalırıq. Onlar vakant yerlər tapa bilmirlər, yaxud da tapdıqları vakant yerlər yaşadıqları ərazidən dəfələrlə çox-çox uzaqda yerləşir. Bununla paralel orta ümumtəhsil müəssisələrində dərslərin keyfiyyətinin aşağı olması, valideynlərin övladlarına yalnız ali təhsil müəssisəsinin, yaxud da orta ixtisas təhsil müəssisələrində qazanmaları üçün öz büdcələri hesabına, öz qazanclarının hesabına müəyyən hazırlıq mərkəzlərində və yaxud repetitor yanında övladlarının təhsilinə yatırım edirlər, övladlarının oxumağına çalışırlar. Halbuki, bunu Azərbaycan Respublikasının Konstitusiyasına əsasən dövlət təmin etməlidir. Bugünkü reallıq isə təəssüf ki, belə deyil. Bu gün Elm və Təhsil Nazirliyinin gördüyü işlər açıq bildirim ki, yalnız bir neçə məktəbdə özünü doğrulda bilir. Digərlərin də isə olduqca səmərəsiz idarəetmənin şahidiyik, eyni zamanda şagirdlərin, müəllimlərin bir növ incidilməsini, təhsildən kənarda qalmasını müşahidə edirik. Sanki müəyyyən şəxslər yalnız qrant layihələr vasitəsilə, müvafiq tenderlərlə dövlət büdcəsini talamağa çalışırlar”.

“Bu gün oktyabr ayının 11-dir, amma təəssüflər olsun ki, bəzi regionların təhsil idarələrində müəllimlərin işə qəbulunu həyata keçirirlər. Halbuki, dərslər sentyabr ayının 15-dən başlanıb. Bəzi regionlarda, eyni zamanda Bakı ətrafı məktəblərdə, bəzi siniflərdə dərslik çatışmazlığı yaşanır, halbuki sentyabrın 15-də şagirdlərə verilməli idi. Bu gün 4440-dan çox orta ümumtəhsil müəssisəsi fəaliyyət göstərir. Burada 1 milyon 600-dən çox şagird təhsil alır. Əgər biz həmin şagirdlərdən birinin təhsilinə biganə yanaşırıqsa, bu cəmiyyət üçün gələcək baxmından müsbət heç bir məna ifadə etmir. Ümid edirəm təhsil sahəsində islahatlar həyata keçirilər, sıfır dəyişiliklər aparılar. Çünki bu gedişlə ümid etmirəm ki, biz gələcəkdə mühüm nailiyyətlər qazanaq. Yalnız hər hansı olimpiyadalarda şagirdlərin müəyyən yer tutması və yaxud da əsasında bir neçə məktəbin formalaşdırılması ümumi Azərbaycanın təhsil keyfiyyətinin guşəsinin yüksək olması anlamını vermir. Bunu yəqin ki, dərk etməli və başa düşməlidirlər. Bu bütün təhsil müəssisələrinə şamil edilməlidir və Bakı, region fərqi yaradılmamalıdır. Bu gün eyni tempdə bölgələr, istərsə də şəhər mərkəzlərini eyni səviyyədə inkişaf etməlidirlər. Nə üçün? Hansısa ucqar kənddə təhsil alan şagirdin müvafiq istiqamətlər üzrə məlumatları azdır. Yəni, bunların hamısı düşünülməlidir. Bunların da hamısı Elm və Təhsil Nazirliyinin üzərindədir”, - deyə təhsil eksperti qeyd edib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İranda səsvermə gecə yarısına qədər uzadılıb - Yenilənib

Qızılın qiyməti kəskin ucuzlaşdı: Bazarda son vəziyyət

İsmayıllı sakinləri yaşadıqları dəhşəti danışdılar: "Səhərə kimi yatmamışıq"

Taksilərlə bağlı ciddi problemlər olacaq - Video

Məhərrəm ayı yaxınlaşır, toy etməyə tələsənlərin sayı artır

Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu yarımfinala yüksəlib - Yenilənib

Gəncədə dəhşətli hadisə: Mübahisə etdiyi şəxsləri benzinlə yandırdı

Dünyada çox güclü maqnit qasırğası başladı - Yenilənib

Bayden debatların ikinci raundunda iştirak etmək niyyətindədir

İranda prezident seçkilərinin ikinci turu iyulun 5-nə təyin olunub - Yenilənib

Ən çox oxunanalar